Page 28 - "Kişi, qadın və çətir"
P. 28
KİŞİ, QADIN VƏ ÇƏTİR

Eh, yolu bu məqamda keçmək
pişiyin ağlına hardan gəlmişdi axı?!

Mən onu dörd yol ayrıcında gördüm:
yaşıl işıq sönən anda
axırıncı cəhdində.
Səkiyə atılmaq istədim,
sanki qıc olmuş bədəni
vəhşi suların çəngindən
almaq istədim.

28 Pişiyin ürəyini qopardı paralel qorxular,
günün günortaçağı
otuz üç dərəcə istidə ölüm:
dişlərinin arasından asfalta qan axırdı...

ta baxmadım
heç bilmədim necə oldu axırda.

***
– Niyə silah gəzdirir bu qadın?
– Onun öldürmək haqqı yoxmu?
Təkcə kişilərindimi bu haqq?!

– Bəs bu cavan oğlan neynir silahı?
heç bilirmi ki, doğulmaq nədi?
– Guya sən bilirsən nədi ölüm?!
– Yox.
– Bəs necə gedəcəksən dünyadan,
   23   24   25   26   27   28   29   30   31   32   33