Page 20 - "Kişi, qadın və çətir"
P. 20
KİŞİ, QADIN VƏ ÇƏTİR

yaşadığı boş ev dolusu qışqırdım.
Cavabımda divardan qayıdan
dörd əks-səda
tavana dəyib öldülər,
ayağıma düşdü meyitləri.

– Hardasan, mənim cəlladım? –
qışqırdım bir də, bir də.
Ölülərdən dörd uğultu xortlayıb
yuxarı qalxaraq
aşağı düşdü.

20

– Doğrudanmı ölüb? – deyə sevindim.

Amma qayıdıb gördüm ki,
qapımın ağzında iki ayaq, iki əl
bir də başsız bədən var.
– Sən burda nə gəzirsən? –
qəfildən yaxaladım onu
qorxudan başsız bədənə birləşdilər
iki ayaqla iki əl.

Başsız bədəndən yapışıb
Qışqırdım boynunun boş borusuna:
– hanı mənim cəlladım?
– məni vurma, – yalvardı boru. –
bayaq olduğun evə get
birinci otaqda başsız adamlar
görəcəksən,
ikincidə ayaqsız adamlar,
   15   16   17   18   19   20   21   22   23   24   25