Page 10 - "Kişi, qadın və çətir"
P. 10
KİŞİ, QADIN VƏ ÇƏTİR

həzin səslər gəlir musiqi toplusundan –
tüstülü altmışıncı illər
işıqlı yetmişinci illər –
radiodur, radio...
sosializmin qırılmış ekranlarında
qarabuğdayı Qoyko Mitiç...
onlar belə dedilər:
dünyamız dəyişdi, biz də dəyişdik
dəyişikliklər barədəki kitabınızı
bizim nəşriyyata sifariş edin
otuz faiz ucuzuna...

10

1980–1990-cı illərdə Ukrayna şeirindəki daha
bir dalğanın təmsilçilərini materialistlər də adlan-
dırmaq olar. Bu şairlərin poetik dünyagörüşünün
əsasında əşya, predmet, bu əşyaların metafizik
mahiyyəti, öz aralarında qurduğu metafizik dialoq
durur: hətta insan da əşyaların bu dialoquna qo-
şulmağa məcburdur. Ancaq bu tip şeirlərdə bir sı-
xıntı, bir təəssüf də var. Bəli, bəşəriyyətə texnoloji
basqı nəticəsində ortaya çıxan fəsadların ən dəh-
şətlisi göz qabağındadır: insanlar özlərinin yaratdı-
ğı əşyaların ünsiyyətinə kənardan baxmağa məh-
kum olub. Yəqin, bu sıxıntının nəticəsidir ki, Uk-
rayna şairləri bəzən svilizasiyanın asılılığından qur-
tulmaq istəyir, mədəniyyətlə təbiətin qarşıdurma-
sında təbiətin tərəfinə keçir, təbiətə qayıdır, mate-
rialistik ənənə çərçivəsində şəhərdən yəhərə qal-
xır, təbiət obrazlarına can atırlar. Yəni bu baxım-
dan Ukraynanın müasir şeirində “metronun çıxışı-
   5   6   7   8   9   10   11   12   13   14   15