Page 157 - Turk_Edebiyyati_Antologiyasi
P. 157

157




                             VƏSİYYƏT


               Son gün olmasın dostum, çәlәngim, top arabam;
               Alıb mәni aparsın düz dörd inanmış adam…



                             OT YIĞINI                               Nəcib Fazil Qısakürək

               Getdi su yollarını әyri-üyrü bilәnlәr;
               Bir ot yığını qaldı kökündәn kәsilәnlәr.



                            SAYIQLAMA

               Pişik ayağım üstdә büzüşmüş, uyumaqda;
               İplik-iplik sarıyır sükutu bir yumaqda.
                                      Xorul-xorul,
                                      Xorul-xorul…

               Bir göztәk pәncәrәdәn süzmәkdә mәni gecә,
               Dolaşır әtrafımda bir sürü bala cücә.
                                      Fırıl-fırıl,
                                      Fırıl-fırıl…

               Sussun, sussun uzaqda ölümümә ağlayan,
               Gәncәm, ölmәm, arzular qanımda bir çağlayan .
                                                        1
                                      Şırıl-şırıl
                                      Şırıl-şırıl.


               Nә olaydı, bir qadın әllәri ovucumda,
               Bәhs edәydi hәyatın dadından baş ucumda.
                                      Pıçıl-pıçıl,
                                      Pıçıl-pıçıl.
          1  Çağlayan – şәlalә
   152   153   154   155   156   157   158   159   160   161   162