Page 152 - Turk_Edebiyyati_Antologiyasi
P. 152
Türkiyə ədəbiyyatı antologiyası
152
Dәliqanlım, işarәt aldığın gün atandan,
Yürüyәcәksәn, millәt yürüyәcәk arxandan!
Sәnә salam gәtirdim Ulubatlı Hasandan .
1
Sәn ki bürclәrә bayraq olacaq qumaşdasan,
Fatehin İstanbulu fәth etdiyi yaşdasan!
2
Burax – pozuq saatlar yalan-yanlış işlәsin!
Çәlәbilәr çәkilib hәrәmlәrdә qışlasın!
Qalx ayağa, aslanım, fәth sәfәri başlasın.
Yürü! Hәlә nәyә görә özünlә savaşdasan,
Fatehin İstanbulu fәth etdiyi yaşdasan!
FƏTH
Top sәslәri hәlә dә eşidilir dağlardan…
Dillәr söz açır dönmәyәcәk çağlardan!
Tarixi sorar, yurdu sorar, Fәthi sorar,
Sağlar ölülәrdәn, ölülәr sağlardan.
1 Ulubatlı Hasan (1426–1453) – İstanbulun fәthi zamanı qala divarına ilk bayrağı
sancan qәhrәman
2 Pozuq – xarab