Page 151 - Turk_Edebiyyati_Antologiyasi
P. 151
151
Yatdığı torpaq bәlli,
Tutduğu bayraq bәlli,
Kimdi o “Namәlum әsgәr” deyәn?
FƏTH MARŞI
Yelkәnlәr biçilәcәk, yelkәnlәr tikilәcәk: Arif Nihat Asya
Dağlardan sürüdülәn gәmilәr çәkilәcәk,
Kәlbәtinlәrlә qalanın dişlәri sökülәcәk!
1
Yürü : hәlә sәn niyә oyunda, oynaşdasan ,
2
Fatehin İstanbulu fәth etdiyi yaşdasan!
Sәn dә keçә bilәrsәn yardan, anadan, sәrdәn…
Sәnin dә dastanını oxuyaq biz әzbәrdәn…
Xәbәrin yox kimidir daşıdığın dәyәrdәn –
Evdә sәnsәn, dildә sәn – könüldәsәn, başdasan –
Fatehin İstanbulu fәth etdiyi yaşdasan.
Üzünә çırpmaq gәrәk zәmanәnin fәndini!
Göstәr – qabaran sular necә yıxar bәndini!
Kiçik görmә, xor görmә, dәliqanlım, kәndini,
Bu sınıq abidәni yüksәldәcәk daşdasan,
Fatehin İstanbulu fәth etdiyi yaşdasan!
Bu kitablar Fatehdir, Sәlimdir, Süleymandır,
3
O mehrab Sinaüddin, o minarә Sinandır .
Haydı, artıq uyuyan dastanını oyandır!
Bilmәm, nәdәn gündәlik işlәrlә tәlaşdasan,
Qızım, sәn dә Fatehlәr doğuracaq yaşdasan.
1 Yürümәk – getmәk, tәrpәnmәk
2 Oynaş – burada oynamaq mәnasındadır
3 Sinaüddin Sinan (1489–1588) – Böyük türk memarı