Page 154 - Turk_Edebiyyati_Antologiyasi
P. 154
Türkiyə ədəbiyyatı antologiyası
154
GÖZLƏNƏN
Nә xәstә gözlәr sabahı,
Nә tәzә ölünü mәzar.
Nә dә şeytan bir günahı –
Sәni gözlәdiyim qәdәr.
Keçdi, istәmәm gәlmәni,
Yoxluğunda buldum sәni.
Qoy vahimәmdә kölgәni,
Gәlmә, artıq nәyә yarar?
BU YAĞIŞ
Bu yağış… bu yağış… bu qıldan incә,
Nәfәsdәn dә yumşaq yağan bu yağış…
Bu yağış… bu yağış… bir gün dinincә,
Güzgülәr üzümü tanımaz olur.
Bu yağış, qanımı boğan bir iplik,
Tәnimdә ağrısız yatan bir bıçaq.
Bu yağış yerdә daş vә mәndә sümük
Dayandıqca şırıl-şırıl yağacaq.
Bu yağış – dәlilik vәhmindәn üstün,
Qaranlıq, qovulmaz düşüncәlәrdәn.
Cinlәrdi, beynimdә tutub toy-düyün
Sulardan, sәslәrdәn vә gecәlәrdәn.
HOTEL ODALARI
Bir mәrhәmәtdir yanan darısqal otaqların,
Hisli lampalarında, hisli lampalarında.