Page 158 - Turk_Edebiyyati_Antologiyasi
P. 158
Türkiyə ədəbiyyatı antologiyası
158
AYAQ SƏSLƏRİ
Elә bu sәs, elә bu-hey bu ayaq sәslәri
Dolaşır çöl tәrәfdә qürub çağından bәri.
Bu sәslәr toxunur әn ağrıyan yerimә,
Bir köhnә çiban kimi işlәyir içәrimә.
Ey indi qara xәbәr kimi mәnә yaxlaşan ,
1
Sonra sәadәt olub yanımdan uzaqlaşan
Sәslәr, ayaq sәslәri, kәsilmәz taqqıltılar!
Mәnә gәlәn müjdәni, çox güman, azdırdılar!
Bu cür addım atarlar ayrılanlar yarından,
Belә gedәr gedәnlәr bir tabutun dalından.
Kimsәsiz gecәlәrim bu kәsik sәslә doldu,
Artıq qәlbimdә vuran bir ayaq sәsi oldu.
Bir gün sönük sinәmә düşdüyü zaman başım,
Mәndәn ayrılırmıştәk sanki bir can yoldaşım,
Getdikcә uzaqlaşan bu sәsi duya-duya;
Yavaşca dalacağam o qalxılmaz yuxuya.
ÜÇ ATLI
Qarşı yoldan üç atlı
Bir quş kimi qanadlı
Gәlirlәr köyә doğru.
Geymәni qola adıb
Sağ әlini uzadıb
Üçü dә göyә doğru.
Bir bulud olmuş yellәr,
Hәyәcandan sünbüllәr
Qısmış nәfәslәrini.
1 Yaxlaşmaq – yaxınlaşmaq