Page 162 - Turk_Edebiyyati_Antologiyasi
P. 162
Türkiyə ədəbiyyatı antologiyası
162
Bayğınlıq gәtirәn şeirlәr.
Gilas mövsümü, gilas
Sәbәtlәrlә dolu bazar.
Zanbaq götürüb qucaq dolusu bir qadın.
Bir qadın bir balon qatıq aparır,
Başmaq boyayan uşaq elә öz işindәdi,
Bәlәdiyyә kafesindә hәlә o köhnә, o yalançı,
O yöndәmsiz Bizans şәrqisi.
Sәnә necә deyim, necә, bilmәm,
Neyniyim, necә elәyim ki,
Meydanlarda bağırım,
Küçәlәrdә sazımı çalım…
Başa salım
Bu gilas mövsümünün
Pul-para qazanmaq mövsümü yox,
Sevişmәk vaxtı olduğunu…
Kaş bir dәfә çatdıram gözәlliyini, dadını,
Sonra oturub hönkür-hönkür ağlayam,
Boş keçirdiyim, bağırmadığım, susduğum günlәrә
Mәzarımda bu gözәl, uzun qaşlı, boyaçı uşağının
Oğlu bir şeir oxuya
Qaracaoğlandan,
Orxan Vәlidәn
Yunusdan, Yunusdan…