Page 164 - Turk_Edebiyyati_Antologiyasi
P. 164
Türkiyə ədəbiyyatı antologiyası
164
ARZU
Gül ol – әlimdә solan,
Saç ol – boynuma dolan!
Qor ol – gözlәrimdә yan,
Şüşәdә, ya güzgüdә
Dәyib әks edәn kimi…
Sevәm bilmәdәn әsla –
Vә sonra, ilk tәmasla
Qaçam kölgәlәr kimi…
MƏN
İlk doğan ulduzam mәn, son batan ulduzam mәn;
Sormayın kimlәrim var, yalqızam, yalqızam mәn.
Yelәm, sәrgәrdan gәzәn, nә yarım, nә yerim var;
Sevincim gözlәrimdә bir gecә aydınlığı,
Bir gecә aydınlığı, sormayın kimlәrim var?!
Gecә aydınlığında әks edәn kәdәrim var –
Yalqızam, yalqızam mәn – kimim var, kimlәrim var?
Fırladın mәni, dәysin qaranlıq qaranlığa;
Nә uzağam işığa, nә nurdan xәbәrim var!
SƏNİN GÖZÜNLƏ GÖRƏYDİK
Ey
Vәtәnlәrindә
Vәtәnsiz gәzәnlәrin
doğma yurd hәsrәti!
Ey
Hәyatda-kitabda
Alnından güllәlәnәn!