Page 167 - Turk_Edebiyyati_Antologiyasi
P. 167

167




                          UŞAQLAR KİMİ

               Mәndә tükәnmәyәn bir hәyat vardı,
               Çöllәrә yayılan ilk bahar kimi.
               Qәlbim çox döyünәr, tez-tez vurardı,
               Köksümün içindә atәş var kimi.

               Bәzәn nur içindә, bәzәn sәsdәydim,                    Səbahəddin Ali
               Bәzәn mәni sevәn bir sinәdәydim,
               Gah әl üstündәydim, gah hәbsdәydim
               Hәr yerә soxulan bir rüzgar kimi.
               Eşqim iki günlük qeylü-qallardı.
               Hәyatım tükәnmәz macәralardı.
               İçimdә minlәrcә istәklәr vardı,
               Bir şair, yaxud bir hökmdar kimi.

               Hiss edincә sәnә vurulduğumu,
               Anladım nә qәdәr yorulduğumu…
               Sakitlәşdiyimi, durulduğumu
                                     1
               Dәnizә tökülәn bir pınar kimi.
               İndi şeir, mәncә, sәnin üzündür,
               İndi mәnim taxtım sәnin dizindir.
               Sevgilim, sәadәt ikimizindir,
               Göylәrdәn gәlәn bir yadigar kimi.

               Sözün – şeirlәrin mükәmmәlidir,
               Sәndәn başqasını sevәn dәlidir.
               Üzün çiçәklәrin әn gözәlidir,
               Gözlәrin bilinmәz bir diyar kimi.

               Başını sinәmә söykә, sevgilim,
               Gözәl saçlarında dolaşsın әlim.
               Bir gün ağlayalım, bir gün gülәlim,
               Sevişәn yaramaz uşaqlar kimi.

          1  Pınar – bulaq
   162   163   164   165   166   167   168   169   170   171   172