Page 161 - Turk_Edebiyyati_Antologiyasi
P. 161
161
İNDİ SEVİŞMƏK VAXTI
Çılpaq heykәllәr yapmalıyam,
Çıl-çılpaq heykәllәr
Nәfis röyalarınız üçündür.
Ey önümdәn keçәn ağ saqqallı, şapkalı,
Yırtıq köynәyindәn әzәlәlәri görünәn Səid Faiq Abasıyanık
Dilәnçi,
Sәnә әvvәlcә
Şeirlәrin dadını,
Eşqlәrin dadını
Kitablardan daddırmalıyam
Rәsmlәrdәn duyurmalıyam, rәsmlәrdәn…
Bu oğlan uşağına bax,
Şotka çәkir
Qoxmuş manufakturaçının başmağına
Dörd yüz min tәkliyindәn
On quruş verәcәk.
Sәni satmaram, oğlum,
Dörd yüz min tәkliyә
Nә gözәl qaşların var,
Nә gözәl bilәklәrin,
Hәlә nә gözәl әllәrin var, әllәrin.
Söylәmәliyәm,
Yox,
Yox, meydanlarda bağırmalıyam.
Bu kiçik
Güllәrin cәnnәt әtri saçdığı
“Anadolu şәhәri” kafesindә
Gilas mövsümünün
Sevişmә vaxtı olduğunu.
Rәsmlәrә baxdırmalı, şeirlәr oxutdurmalıyam,