Page 150 - Turk_Edebiyyati_Antologiyasi
P. 150

Türkiyə ədəbiyyatı antologiyası
      150
                    BİR BAYRAQ KÜLƏK GÖZLƏYİR


                     Şәhidlәr tәpәsi boş deyil,
                     Biri var – gözlәyir…
                     Vә bir sinә nәfәs almaq üçün
                     Külәk gözlәyir.
                     Türbәsi yıxılmış bu qutlu tәpәyә –
                     Yatdığı torpaq bәlli,
                     Tutduğu bayraq bәlli,
                     Kimdir o “Namәlum әsgәr” deyәn?


                     Dastanını yaradıb, ağılardan usanıb,
                     Bir әl ki, axirәtdәn uzanıb,
                     Ədәblә gәlib birәr-birәr öpsün deyә fanilәr.
                     Öpәk, tәmizsә dodaqlarımız,
                     Amma dәymәsin torpağına tәmiz deyilsә ayaqlarımız.
                     Külәyini kәsmәsin gövdәlәr,
                     Sәsindәn yüksәk çıxmasın nitqlәr, qәsidәlәr.


                     Geri getsin alqışlar, geri…
                     Geri getsin ellәrin süni çiçәklәri!
                     Ona oğullardan, analardan dilәklәr yetәr…
                     Yayda sarı, qışda bәyaz çiçәklәr yetәr.
                     Danışanlar bir-bir söylәdi indi…
                     Gәl süngülü igid, alqışlasınlar,
                     İndi sәn danış, söz sәnindi!

                     Şәhidlәr tәpәsi boş deyil,
                     Torpağını qәhrәmanlar gözlәyir
                     Vә bir bayraq dalğalanmaq üçün
                     Külәk gözlәyir.
                     Dastanı yiyәsiz, sükutu dәrin namәlum әsgәrin;
                     Türbәsi yaraşıb bu qutlu tәpәyә,
   145   146   147   148   149   150   151   152   153   154   155