Page 427 - Sela
P. 427
Günah yazdadı
cırıldayır, ancaq o qәdәr yeknәsәqdi ki, bu sәsә öyrәşirsәn,
az qala, onu eşitmirsәn, sanki sükutun özü cingildәyir.
Hәkim atı bağlayıb, birbaşa evә gedir. O, pәncәrәlәri
sayır: bir, iki, üç, dörd... ancaq sәhv elәyir, gecә çox
qaranlıqdı. Barmağıyla pәncәrәni döyür: Mariya!.. Yavaşdan
çağırır, qışqırmağa ehtiyac yoxdu: qızın qulağı darı dәlir.
Xanım pәncәrәsinin döyülmәsinә tәәccüblәnir. Mariya!
O, pәncәrәni açır vә otağına bir kişi tullanır. “Görürsәn,
bura әn әlverişli yerdi...” Xanım dillәnmir, istәyir, hәkimin
nә qәdәr hәyasız olduğunu görsün. O, hiddәtlәnib, belә
hadisәni ürәyinә yaxın buraxmır – bircә bu çatışmırdı! –
ancaq, bununla belә... Nәfsini boğsa da, şeytan içindәdi...
Bunu sezib dәhşәtә gәlir: mәnә nә olub? Yox, bu mümkün
deyil, o yalnız hәkimin nә qәdәr hәyasız olduğunu bilmәk
istәyir.
Xanım qız qonşu otaqda yatağına uzanıb titrәyir. Ağlı
әsassız qorxuları qovmağa çalışır. O, gәlә bilmәz! – ürәyindә
deyir. Bu vaxt Kristina ilә odunçu köşkdә qucaqlaşıb,
doqquzdonun qoxusunu sinәlәrinә çәkә-çәkә Aya tamaşa
elәyirlәr... Marqarita pәyәnin yanında vurnuxur. On dәqiqә
sonra o artıq çörәkçiyә deyir: әgәr gәlmәsәydin,
soyuqlayacaqdım. Gecә elә soyuqdu ki!
Hәkim sәhv elәdiyini anlayır.
– Heç bilmirәm, – xanıma deyir, – necә olub ki, bu
qәdәr vaxt susmuşam... Qızınız bizi eşitmәz? Tәki ağlına
pis bir fikir gәlmәsin! Bilmirәm, necә olub ki, bu qәdәr
vaxt susmuşam. Bu, vicdan borcudu; özüm özümә dedim
ki, Mariyanı xәbәrdar elәmәk üçün onunla harada
görüşmәliyәm? Dәrhal da qәrara gәldim: öz otağında! Ona
görә içәri girәndә dedim: bura әn әlverişli yerdi! Dediyim
kimi, bu, mәnim borcumdu... Sizin әriniz...
– Mәnim әrim?
– Hә, әriniz...
– Nә olub ki?
– Elә o...
427