Page 379 - Sela
P. 379
Art-kafe

Poeziya maraqlı, mәftunedici tapıntılarla doludu. Dәniz
kimi dәrin gözlәr daha qiymәtlәndirilmir. Gecәnin ulduzlu
plaşı da dәbdәn düşüb. İndi kalamburlar vә “qovulmuş”,
“fontan” kimi sözlәr dәbdәdir. Qovulmuş – çox sosial
sәslәnir, az qala, qan kimi. Fontan – sәrv ağacı kimi yaraşıqlı
vә şaqulidi. Xanımlar öz hekayә vә romanlarını monastır
şokoladı sayaq bişirirlәr, ancaq bu da vacib deyil.

Xanımlardan pis qoxu gәlir, ancaq bu elә dә vacib deyil.
Bu, endokrinologiyanın mәsәlәsidi.

Şairlәr ilham verәn südlü qәhvә içirlәr. Hәrdәn hansısa
şair mus oyunundakı kimi, tәslim olub kartını atır. Onda
ilhamı onu tәrk edir, burnunun altında donquldanır, ya
qәzet mәqalәlәri yazır. Di gәl, xanımlar heç vaxt tәslim
olmurlar. Xanımlar – nәsr, qәhvә, şeir vә südlә dolu dibsiz
torbadılar.

– Südlü tünd qәhvә gәtirin.
Əyalәtdәn gәlәn gәnclәr indi özlәrini muşketyorlara
oxşadıb pul xәrclәmәyә cәsarәt elәmirlәr. Ürәklәrindә
fikirlәşirlәr: bir qәdәh şartrez istәyirsiniz? İcazә versәydiniz,
mәmnuniyyәtlә qonaq elәyәrdim... Ancaq onlar ölü kimi
susur, minnәtdarlıq sözlәrini eşitmirlәr:
– Sağ ol, mәnim gözәlim...
Əyalәtdәn gәlәn gәnclәr, don Mamed sakitcә dünyasını
dәyişәndәn sonra, yeri gәldi-gәlmәdi qızarırlar, yaşlı
xanımların çılpaq әtli qollarına bilәrәkdәn baxmırlar.
Biçarәlәr paytaxt әllamәlәri olmaq istәyirlәr, ancaq öz
әyalәtlәrindә necәydilәrsә, elәcә dә qalırlar: intizamlı,
mühafizәkar, yaltaq, qanacaqlı, xәyalpәrәst, dilәnçi. Əyalәtdә
yaşayan yaşlı xanımlar da suçiçәyi peyvәndinin izlәri qalmış
әtli qollarını açıqda buraxırlar. Ancaq onlar tikmә ilә mәşğul
olur, qulluqçuların üstünә qışqırır, yalvarıb-yaxarıb әrlәrindәn
pul qoparır, ev әşyalarını vә öz piylәrini qoruyur, dәmir
pәrdәlәr arxasında әziyyәt çәkәnlәrin nәfinә pul-şey

379
   374   375   376   377   378   379   380   381   382   383   384