Page 864 - antologiya - poeziya_175x250_Layout 1
P. 864

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        Ümumiyyәtlә, tanıyanlar arasında elә bir adam vardımı ki, Şәppәlinin
                    adı gәlәndә dodağı qaçmayaydı, gözlәri gülmәyәydi? Yoxdu. Bakıda da,
                    sovxozda da. Amma Şәppәliyә görә, onu duymayan, onun adı gәlәndә
                    gülümsәmәk әvәzinә qaşqabaq sallayan tәk bir adam vardı ki, o da öz iş
                    yoldaşı – baş mühasib Mursaqulu idi. Uzun-uzun illәr әrzindә bir otaqda,
                    yanaşı stollarda oturduqlarına baxmayaraq, Şәppәli bu qaradinmәz,
                    mısmırıqlı adamla ülfәt, ünsiyyәt bağlaya bilmәmişdi. Bir mühasib kimi,
                    düzlük tәrәfdarı, namuslu vәtәndaş kimi Mursaqulu, bәlkә dә, pis adam
                    deyil di. Amma bir hәmsöhbәt, ürәk-dirәk yoldaşı kimi heç nәyә yarayan
                    deyildi. Elә ki Şәppәli başlayırdı Mәmmәdәn danışmağa, Mursaqulunun
                    dәrhal sifәti ciddilәşirdi. Doğrudur, nәzakәt xatirinә qәlәmini mürәkkә -
                    bqabına söy kә yirdi, hәtta gözlәrini Şәppәlinin gözlüyünün şüşәlәrinә sarı
                    yönәldirdi, ancaq “hә, hm” elәmәkdәn savayı, bir kәlmә dә demirdi. O,
              288   Şәppәlidәn, iş dәn başqa hәyatın özündә “ümumiyyәtlә, ciddi olmağı, ciddi
                    şeylәr danış ma  ğı” tәlәb edirdi. Mursaquludan hәr dәfә bunu eşidәndә Şәppәli
                    qә zәb lәnirdi.
                        – A kişi, insan bәyәm elektrik hesablayıcısı-zaddımı ki, hәmişә ciddi
                    olsun? İnsan insandı! Lap ciddisi dә, görürsәn, sәrsәmlәyir. Mәsәlәn, budey,
                    sәn özün! Mәn sәnә Mәmmәdәn danışıram, deyirsәn “ciddi ol, ciddi şeylәr
                    danış!” Sәrsәmlәmә deyilsә, bәs nәdir bu?!
                        Şәppәli, onunla “düz sarımayan”, onun adı gәlәndә mısmırığını sal-
                    layan bu şәrti dostunun haqqında çox fikirlәşirdi. Mursaqulunun yaşı keçmiş
                    olsa da, Şәppәli onu da özü kimi “düzәldib adam elәmәk” istәyirdi. Bunun
                    üçün imkan da vardı, şәrait dә: imkan – Mәmmә, şәrait – “kәndçi balnisәsi”.
                        Bir sәhәr işә gәlәndә Şәppәli soruşdu:
                        – Bura bax, Mursaqulu, çoxdandı xәbәr almıram, böyrәklәrin yenә in-
                    cidirmi?
                        Mursaqulu başını tәrpәtdi, yәni – hә, incidir.
                        Hәr il avqust, sentyabr aylarında Mursaqulu birdәn iki-üç kisә dolusu
                    qarğıdalı saçağı yığırdı vә bütün qışı da, yazı da, yayı da çay әvәzindә qarğıdalı
                    saçağını qaynadıb suyunu içirdi.
                        Şәppәli stolunun arxasına keçdi, orta siyirtmәdәki “yağlı kağızlardan”
                    birini çıxartdı, qәlәmini mürәkkәbә batırıb başladı:
                        “Әzizim-gözüm Mәmmә. Bu kişi ki göndәrirәm yanına, mәnim şefim -
                    dir. Atan Orucun sağlığında da mühasib idi. Sovxozumuzun bütün ağırlığı
                    bu kişinin çiynindәdir. Bir yandan işinin çәtinliyi, bir yandan böyrәklәrinin
                    ağrısı bunu lap adamlıqdan çıxardıb, özün görәcәksәn, üz-gözündәn zәhәr
                    damır. Göndәrirәm ki, bunu da adam elәyib qaytarasan. Sәni bağrıma basıb
                    öpürәm. Orucun iyini sәndәn alan, qolu bağlı qulun Mәdәd”.
   859   860   861   862   863   864   865   866   867   868   869