Page 863 - antologiya - poeziya_175x250_Layout 1
P. 863
Èña Höseynov
onu ata-baba yurdunda bunca mәşhurlaşdırmış Şәppәliyә mәktub yazdı,
mәrhum atasının әn yaxın dostu vә özünün әn sәdaqәtli “pasient”i kimi
Bakıya dәvәt etdi, mәşhur bir cәrrahın – professor Mәmmәdәlinin qızına
elçi getmәyә çağırdı. Demәyә ehtiyac varmı ki, bu, Şәppәlinin hәyatında
әn xoşbәxt gün idi!.. Var-yoxunu yığışdırdı. Pәricahan arvadı da götürüb
getdi. Burda, professor Mәmmәdәlinin ailәsi vә qohum-әqrabası ilә tanışlıq
zamanı Şәppәlini yeni, daha gözlәnilmәz bir xoşbәxtlik gözlәyirdi. Mәmmә
onu “pasient”i yox, doğmaca dayısı kimi tәqdim edәndә, sevincindәn
Şәppәlinin, eynilә “şәppә vuranda” olduğu kimi, alt dodağı sәyrimәyә,
çimildәşmәyә başladı. Ona elә gәldi ki, yenә ağzı gedib qulağının dibindә
duracaq.
Lakin xoşbәxtlikdәn, heç nә olmadı: görünür, Mәmmә onu lap yerli-
yataqlı, hәmişәlik müalicә elәmişdi.
Şәppәli tәntәnәli bir mühitdә, professor qızı Zemfira balanın
barmağına üzük taxdı. “Lap elә Mәmmәnin özü kimicә, cavanca bir adam” 287
olan professor Mәmmәdәli ilә üz-üzә oturub “nәki var vurdu”, sonra
hәftәnin axırı olduğunu xatırlayıb, qәdәhini kәnara qoyub stәkan istәdi, bir
daha Mәmmәnin sağlığına “balans stәkanı” qaldırdı.
– Şәppәli dә adam olur ha!
– Ağzı düzәlәndәn bәri dirçәlir.
– Sulanır!
– Qocalığında göyçәklәnir kişi!
Sovxozda belә deyirdilәr.
– Mәmmәnin qiyamәt dayısı var.
– Әla kişidi!
Bakıda belә deyirdilәr.
Xüsusәn “Zemfira bala” “Mәmmәnin dayısına” vurulmuşdu.
– Kakoy u tebya simpatiçnıy dyadka, Mәmmә! Şuplenkiy, dlinnonosıy,
vılitıy Buratino!..
Pay-ülüşlә yüklәnib Bakıya gedәndә Şәppәli hәmişә taksini “Nәrgiz”
kafesinin yanında saxladırdı, avtomatdan zәng vururdu ki, Mәmmә düşüb
çamadanları qaldırmağa kömәk elәsin. Bu vaxt, kafe ilә üzbәüz binanın ikin -
ci mәrtәbәsindә pәncәrә taybatay açılırdı, Zemfira balanın incә qamәti
görünürdü, sevinclә dolu cingiltili qışqırtısı eşidilirdi:
– Dyadya Buratino!..
Bunun üstündә Mәmmә hәmişә onu mәzәmmәt edirdi:
– Mәn kişinin adını qaytarmaq istәyirәm, sәn tәzә lәqәb verirsәn!..
Mәzәmmәt etmәyinә edir, amma eyni zamanda sakit-sakit gülüm -
sәyirdi.