Page 865 - antologiya - poeziya_175x250_Layout 1
P. 865
Èña Höseynov
Mursaqulu düz bir hәftә mәktubu cibindә gәzdirdi. Nә isә çox qәribә,
hәtta sirli inadla Mәmmәnin yanına getmәk istәmirdi. Bu bir hәftәdә
Şәppәli, demәk olar ki, hәr gün onu danlayırdı.
Nәhayәt, Mursaqulu getdi.
Vә dabanı üstә qayıtdı.
– Mәmmә orda yoxdur.
– Necә yәni yoxdur?
– Balnisәdәn çıxardıblar.
– Necә yәni çıxardıblar?
– Qovublar... xәstәlәrdәn pul yığırmış.
– A kişi nә danışırsan!..
Şәppәlinin alt dodağı çimildәşmәyә başladı.
Mursaqulu kiminsә, başqa bir hәkimin yanında olmuş, özünü müayinә
elәtdirib, “analiz verib”, çoxlu dәrman-dava alıb gәtirmişdi.
Stolunun arxasına keçib, ikicә gündә iş üçün darıxmış kimi, dәrhal 289
kağızları qabağına tökdü.
Şәppәli isә, әlbәttә, daha işlәyә bilmәzdi...
Dәhlizә vә mühasibliyin kandarına çoxlu adam yığışmışdı. Gah
Şәppәliyә, gah da yerә baxır, susurdular. Elә bil hüzrә gәlmişdilәr.
Şәppәli ovcunu sol üzünә vә dodaqlarının küncünә sıxıb, belәcә
qurumuşdu. Ona elә gәlirdi ki, әlini buraxan kimi “ağzı gedib qulağının
dibindә duracaq”. Amma sonra bunu tamam unutdu.
– A Mursaqulu!.. Bir sualıma cavab, a Mursaqulu!
Baş mühasib gözlüyünün şüşәlәrini onun gözlüyünün şüşәlәrinә sarı
çevirdi.
Şәppәli udqundu.
– De görüm... o xәbәri sәnә kim deyib?.. A qurbanın olum, Mәmmә
hara, bu xәbәr hara?!
Cavab әvәzindә gurultu eşidildi.
– Bәsdir! Bәsdir, Şәppәli, bәsdir!.. – Mursaqulu, bәlkә dә, ömründә bi -
rinci dәfә belә çılğınlıqla qışqırıb yumruğunu stola döydü. – Nә qәdәr Mәm -
mә, Mәmmә demәk olar, Şәppәli! Bәsdir, eşidirsәnmi?! Daha az qalıb atçot
әvәzindә Mәmmә, Mәmmә yazım! Canımız xirtdәyimizә yığıldı daha! Sә -
hәr – Mәmmә! Günorta – Mәmmә! Axşam – Mәmmә! Yuxuda da sәnin sә -
si ni eşidirәm! Ya xәtm elә, yığışdır bu Mәmmәni, ya da bu otaqda ikimiz dәn
bi rimiz oturacayıq! Ya sәn vә sәnin Mәmmәn, ya da mәn! Eşitdinmi, Şәp -
pәli?!
Mursaqulu birdәn qışqırmağa başladığı kimi, birdәn dә susdu. Mühasi -
bliyә sükut çökdü.