Page 767 - antologiya - poeziya_175x250_Layout 1
P. 767

Èëyas ßôÿndiyev


            Qoca hamamdan yenicә gәlib özünә çay dәmlәyirdi. Elә bu zaman qapı
            yavaşca vuruldu. Qoca sәsindәn bildi ki, oğlandır.
                Lakin oğlan bu dәfә tәk deyildi. O, qızla gәlmişdi. Saçlarına qırmızı
            lent bağlayan hәmin qızla! Uzun illәrdәn bәri birinci dәfә olaraq qoca yaman
            sevindi.
                – Әylәşin. Xoş gәlmisiniz. – O, qıza müraciәt elәdi vә tәmiz hava gәl -
            sin deyә, tәlәsik otağın yeganә pәncәrәsini taybatay açdı.
                Oğlan da, qız da tәzә paltar geymişdilәr. Oğlan ağ köynәyin üstündәn
            mavi qalstuk bağlamışdı. Qızın qolunda balaca qızıl saat var idi.
                Birdәn qoca hiss elәdi ki, oğlan әvvәlki kimi qayğısız vә sәrbәst deyil.
            Günahkar adamlara oxşayır.
                Qocanın sevincinә anlaşılmaz bir qorxu qarışdı.
                – Bu gün yaxşı havadır, – deyә o gülümsәdi.
                Oğlan diqqәtlә qocaya baxdı. O heç vaxt ustadan bu cür mәnasız sözlәr  191
            eşitmәmişdi. Heç vaxt onun belә gülümsәdiyini görmәmişdi.
                Sonra qoca tәlәsik mәtbәxә keçib qәdim, güllü podnosun içindә üç
            stәkan çay gәtirdi.
                Oğlan:
                – Niyә zәhmәt çәkirsәn, ay usta, – dedi. – Qız gәtirәrdi,
                – Zәhmәt... nә zәhmәti var, – qoca eyni tәbәssümlә cavab verdi.
                Sonra nәzәrlәrini oğlanın diqqәtli baxışlarından yayındıraraq әlavә
            etdi:
                – Siz oturun, mәn bu saat gәlirәm.
                Oğlan onun qolundan yapışaraq:
                – Usta, – dedi, – biz çörәk yemişik. Heç bir şey lazım deyil. Sәn ac
            deyilsәn ki?
                Qoca eyni mülayim vә çәkingәn ifadә ilә “yox” mәnasında başını tәr -
            pәtdi.
                – Onda әylәş.
                Birlikdә işlәdiklәri bu üç ildә oğlan birinci dәfәydi ki, onun bu cür
            ürkәk, bu cür narahat oturduğunu görürdü.
                – İçin, – deyә qoca stәkanlara baxdı. – Çay isti yaxşıdır.
                – Birinci dәfәydi ki, oğlan onun sәsindә bu qәdәr mehribanlıq, nәvaziş
            hiss edirdi vә bu hiss onun ürәyini ağrıdırdı.
                Oğlan kәskin hәrәkәtlә balaca armudu stәkanı götürüb üç-dörd qur-
            tuma boşaldaraq, tәkrar nәlbәkiyә qoydu. Qoca әlini cәld stәkana uzatdı.
            Oğlan onun әlindәn tutaraq:
                – Tay içmirәm, – dedi.
   762   763   764   765   766   767   768   769   770   771   772