Page 771 - antologiya - poeziya_175x250_Layout 1
P. 771

Qûlman Èëkin




                                         İntiqam


                       ütün gecә kәndi lәrzәyә salmış top sәslәri sәhәrәyaxın kәsildi.
                       Xәzәngül elә bil birdәn-birә gurultulu, çaxnaşıq bir alәmdәn
                Bdibsiz, qaranlıq bir yarğana yuvarlandı. Lakin bu sәssizlik ona
            top vә mәr milәrin qulaqbatırıcı gurultusundan daha müdhiş göründü.
            Qulaqları sәs saldı. Axşamdan çaxnaşma içәrisindә vurnuxan camaatın
            çığır-bağırtısı da daha eşidilmirdi. “Bu nәdir? Hamı qaçıbmı? – fikirlәşdi,
            – tәk-tәnhamı qalmışıq bu cәhәnnәmdә? Yәni camaatın içәrisindә bir nәfәr
            dә tapılmadı ki, mәni yada salsın? Yox, bu ola bilmәz. Kim bilmәsә dә,
            Xeyransa ilә әri gözәl bilirlәr ki, mәn tәrpәnә bilmirәm. Yoxsa ermәnilәr
            başlarının üstünü elә alıblar ki, hәrәsi ağzını bir sәmtә tutub, qaçıb? Әllәri
            heç yerә çatmayıb?” Xәzәngül bunları fikirlәşәndә qonşularını o qәdәr dә  195
            qınamırdı. Bilir ki, hәrәsinin bir çәtәn uşağı var. Bu mәrәkәdә hamı öz
            başının hayında olub.
                Boylanıb şüşәlәri qırıq-qırıq olmuş pәncәrәdәn eşiyә baxmaq istәdi.
            Lakin hәlә dә qan sızan ayağının yarası elә sızıldadı ki, yerindәn tәrpәnә
            bilmәdi. Başında da bәrk ağrı başlamışdı. Çünki bütün gecәni bir dәqiqә
            belә çimir vurmamışdı. Top mәrmilәri evlәrinin lap böyründә partlayırdı.
            Dәqiqәbәdәqiqә gözlәmişdi ki, onlardan biri dә indicә damlarına düşәcәk
            vә onu körpәsi ilә birlikdә göyә sovuracaqlar. Zavallı körpә dә sübhәdәk
            kirimәmişdi.
                Üç gün qabaq hәyәtlәrinin ortasında partlamış top mәrmisindәn
            yaralanmış ayağının sızıltısı ilә ara-bara vermişdi. Baldırının sallana qalmış
            әtini yerinә yapışdırıb, üstündәn bәrk-bәrk sarısa da ağrısı kәsmirdi. Qanı
            hәlә dә sızırdı. Bu zaman burnuna hardansa yanğın iyi gәldi. Canını dişinә
            tutaraq, yenә pәncәrәyә tәrәf boylandı. Dağların başı tüstüdәn görünmürdü.
            Aşağılarda qoşa çinar tәrәfdәki bütün evlәr alov içindә idi. Uçuq daş-divar-
            dan qalxan toz-torpaq buludları yanğının tüstülәrinә qarışaraq, burula-burula
            onlara tәrәf yayılırdı. Birdәn eşiktәrәfdәn hәnirti eşidildi. Sәslәr getdikcә
            güclәndi. Xәzәngül yaxınlıqda ermәni danışıqlarını aydın ayırd elәyә bildi.
            Bundan dәhşәtә gәldi: “Aman Allah, ermәnilәr kәndә giriblәr”. Bәdәnini
            titrәmә bürüdü. Yarpaq kimi әsәn әllәri ilә körpәsini beşikdәn qaldırıb
            sinәsinә basdı. Buz kimi soyuq yanaqları ilә süzülәn göz yaşları anasını
            әmmәyә başlamış körpәnin dә sifәtini islatdı. Xәzәngülün ürәyi sanki
            sinәsindәn qopub, boğazında çırpınırdı.
                Birdәn qapıya vurulan tәpik onu daha da sarsıtdı. Qapının cәftәsi
            yerindәn qopub düşdü. İki nәfәr yekәpәr saqqallı ermәni içәri soxuldu. Bir
   766   767   768   769   770   771   772   773   774   775   776