Page 152 - dailan
P. 152
iya Elena Valş

Mәn hazırlaşırdım Robertonu göndәrim ki, gedib
afrikan dili lüğәti alıb gәtirsin, birdәn gәlәnlәrin
arasından tәrcümәçi olan bir nәfәr mәnә hәr şeyi izah
elәdi.

Bu adam, hәqiqәtәn dә, kral imiş, amma Kral Bal-
tazar deyil, Afrikada Uqambalanda adlı qәribә bir
krallığın kralı imiş.

Lakin kral olmaqdan savayı, hәm dә bilirsiniz kim
imiş?

Dailan Kifkinin anasının sahibi imiş!
Sәn demә, bütün qәzetlәr filimin qeyri-adi şücaәti
barәdә yazandan sonra bu cәnab kral da hadisәdәn
xәbәr tutub vә götür-qoy edib o nәticәyә gәlib ki,
Dailan Kifki öz sarayında saxladığı mәşhur bir filin
oğludur.
Sәn demә, günlәrin bir günü bir ovçu hәmin filin
oğlunu qaçırdır vә bir sirkin sahibinә satır. O da
Dailanı Argentinaya gәtirir.
Sirkin sahibi müflis olub sirki bağlayır vә yazıq
Dailan Kifkini çölә atır, o da hamınızın bildiyi kimi, bir
sәhәr mәnim qapımda peyda olur.
– Bәs anası? – kral Poçoklodan soruşdum (Zati-
alilәrinin adı belә idi).
– Anası burada yaxındadır, sabah oğlu ilә görüşmәk
üçün Zooparkdakı mәrasimә gәlәcәk.
Bunu deyib, Kral Poçoklo vә bütün dәstәsi ayağa
qalxdı vә sağollaşıb getdi.
Mәn yerimdә donub-qalmışdım.

152
   147   148   149   150   151   152   153   154   155   156   157