Page 149 - dailan
P. 149
Dailan Kifki

Öz-özümә fikirlәşdim ki, yәqin, sәs-küyә görә
yenә poçtun bütün markaları uçub-gedib, poçtalyon da
şikayәtә gәlib.

Lakin belә deyildi.
Poçtalyon papağını çıxardı vә dedi:
– Burada Dailan Kifki adlı bir cәnab yaşayır?
Demәyә ehtiyac yoxdur ki, evdәn çıxmaq üçün
sağollaşmış adamların heç biri marağından yerindәn
tәrpәnmәdi.
– Bәli, cәnab Dailan Kifki burada yaşayır, – hamı
bir ağızdan cavab verdi.
– Bu mәktublar onun üçündür, – poçtalyon dedi vә
çantasından üç milyon dәnә zәrf çıxardı.
Mәn dәrhal mәktubları qucağıma yığıb, Dailan
Kifkiyә oxumaq üçün bağçaya qaçdım vә bütün dәstә
üzvlәri, hәtta poçtalyon da arxamca gәldi.
Hәyәcanla birinci zәrfi açdım.
Zooparkın Direktorundan gәlmişdi:
“Zooparkın Direktoru sizi vә ailәnizi Respublikanın
ilk uçan fili Dailan Kifkinin şәrәfinә tәşkil edilmiş
ziyafәtә dәvәt edir”.
Sevincimizi tәsәvvür edirsiniz?
O biri mәktub tәyyarәçilәr klubundan gәlmişdi vә
yazılmışdı ki, Dailan Kifkiyә medal verәcәklәr.
Digәr mәktub bir sәfirdәn gәlmişdi vә deyirdi ki,
onu ordenlә tәltif edәcәk.
Kalamuçita22 Kosmonavtika Universitetindәn gәlәn
mәktubda deyilirdi ki, ona universitetin fәxri doktoru
adı verilәcәk.
Digәr mәktublar da bunlara bәnzәyirdi. Hamısı da
dünyanın dörd bir yanından göndәrilmişdi. Onları oxu-
yub qurtarmağa üç saat vaxtım getdi.

22 Kalamuçita – Argentinanın Kordoba əyalətində yerləşən rayon

149
   144   145   146   147   148   149   150   151   152   153   154