Page 144 - dailan
P. 144
iya Elena Valş

Qәfildәn gözümә 789 dәnә ulduz göründü vә
İtuzainqo stansiyasının perronunda yerә sәrildim.

Mәnә elә gәldi ki, ölmüşәm.

45
Amma sağ idim.
Huşum özümә gәlәndә gördüm, camaat başıma
toplaşıb mәni yellәyir, üzümә şillә vurur, soyuq su
çilәyir.
Baba ilkin tibbi yardım kitabçasını vәrәqlәyirdi.
Yanğınsöndürәn üzümә su fışqırtmaq üçün şlanqını
açmışdı.
Xalam Klodomira çәtirini yellәyә-yellәyә deyinirdi:
– Nә vaxta qәdәr bu başımızın bәlası olan filin
ucbatından qәza baş verәcәk?!
Mәn bir gözümü aça bildim. Sonra o birini açdım.
Sonra ağzımı azacıq açıb soruşdum:
– Nnnә... ooolub...?
– Nә oldusa, bu tәrbiyәsiz, vәhşi, iyrәnc fil
ucbatından oldu! – xalam Klodomira dedi.
– Xala, sәnә icazә vermirәm ki, onu tәhqir edәsәn!
– tam özümә gәlib dedim.
– Xәbәrin olsun ki, xortumu ilә sәnә zәrbә vurub
yıxan o idi, az qala, öldürmüşdü sәni! – xalam hirsindәn
pörtmüş halda dedi.
– Ola bilmәz! – cavab verdim. – Yәqin, qәsdәn
olmayıb. Ona hücum edәn olmasa, Dailan Kifki heç kimә
zәrәr yetirmәz.
– Xeyr, әzizim, bu, zәrәrverici fildir, ziyanlı fildir,
– xalam qәzәbindәn sözlәri bir-birinә qarışdırır, çәtiri
ilә perronu döyәclәyirdi.
İzdihamın içindә sakit vә ağlı başında olan bir
adam axtardım ki, mәnә baş verәnlәri olduğu kimi
danışsın.

144
   139   140   141   142   143   144   145   146   147   148   149