Page 142 - dailan
P. 142
iya Elena Valş

– Onlar mühüm adamlardır, – cavab verdim.
Qaranlıq olduğundan vә tünlükdәn Dailan Kifkini
yaxşı seçә bilmirdi, amma gözünә nәsә iri bir şey
dәyirdi.
– Bәs o dağ boyda olan nәdir elә? – soruşdu.
– Nә dağ? – özümü bilmәzliyә vurub soruşdum.
– Bax, o dağ, – rәngsaz tәkidlә dedi.
– Dağ? – gözlәrimi aşağı-yuxarı çәplәşdirib
soruşdum. – Bilmirәm, mәncә, İtuzainqoda dağ çox-
dur... ya da bu, Kordoba әyalәtindәki dağlardan
biridir, özü üçün gәzmәyә çıxıb...
Bunu deyib, dәrhal ondan boya vә fırça istәdim, o
isә mövzunu dәyişdi vә mәnә yenә suallar verdi.
Nәhayәt, yarım saat sonra istәdiyimi aldım.
   137   138   139   140   141   142   143   144   145   146   147