Page 155 - dailan
P. 155
Dailan Kifki

Mәnim dә Dailan Kifkidәn ayrılmağım mümkün
deyildi, çünki ona çox öyrәşmişdim, yox?

Çox yaxşı, indi mәsәlә bu idi: iki dәnә fil harada
yaşayacaq?

Evimizin bağçasına bir dәnәsi zorla yerlәşirdi.
Başladıq müzakirә etmәyә.
Zooparkın Direktoru onları öz nüfuzlu mәkanında
yerlәşdirmәyi tәklif etdi.
Kral Poçoklo onları tәzәdәn Uqambalandaya
aparmağı tәklif etdi.
Baba onları İtuzainqodakı malikanәsindә
yerlәşdirmәyi tәklif etdi.
Lakin mәn onlardan ayrılmaq istәmirdim.
Dözә bilmәyib ağlamağa başlayırdım ki, kimsә әlini
çiynimә qoyub mәnә dedi ki, narahat olmayım, hamımız
bir yerdә xoşbәxt yaşayacaq, kәklik әti yeyәcәk vә
burnumuzu silәcәyik.
Bu, Yanğınsöndürәn idi.
Elә oradaca mәnә evlәnmәk tәklif etdi vә әmilәrinin
fermasında iki tәrbiyәli fil üçün bәs edәcәk qәdәr
artıq yer olduğunu, bir yerdә köçüb orada yaşaya
bilәcәyimizi dedi.
Mәn yenә gözlәrimi döyә-döyә qaldım, sanki
mәslәhәt istәyirmişәm kimi, bir-bir hamının üzünә
baxmağa başladım.
Hamı başını aşağı salıb dәrin sükuta qәrq olmuşdu.
Sonra qәrarsız halda vә utana-utana
Yanğınsöndürәnә baxdım vә bir daha onun necә yaxşı,
nәcib, cәsur, mehriban, yaraşıqlı vә diqqәtli insan
olduğunu, xüsusәn dә fillәri sevdiyini anladım.
Ona dedim ki, fikirlәşәcәyәm.
Hamı dәrindәn nәfәs aldı.

155
   150   151   152   153   154   155   156   157   158   159   160