Page 157 - dailan
P. 157
Dailan Kifki

Maria Elena Valşın bioqrafiyası

Maria Elena Valş şair, roman ustası, müğәnni,
bәstәkar, hәmçinin teatr, kino vә televiziya ssenaristi
olaraq, Argentina mәdәniyyәtinin başlıca simalarından
biri sayılır. 1930-cu ildә Buenos-Ayresdә dünyaya
gәlib.

O, Milli İncәsәnәt Mәktәbindә tәhsil almışdır. On
beş yaşında müxtәlif jurnal vә qәzetlәrdә ilk şeirlәrini
dәrc etdirmiş, iki il sonra – 1947-ci ildә isә “Bağış-
lanmaz payız” adlı ilk şeirlәr kitabı işıq üzü görmüşdür.
1952-ci ildә Avropaya getmiş vә orada folklorşünas
Leda Valyadereslә birlikdә Leda vә Maria duetini
yaratmışdır. Duetin bir neçә musiqi albomu işıq üzü
görmüşdür.

1960-cı ilin әvvәllәrindә Argentinaya qayıtdıqdan
sonra uşaqlar, elәcә dә böyüklәr üçün televiziya
proqramları yazmağa başlamış vә Maria Erminia
Avelyanedanın rejissoru olduğu “Dünyada oyun oy-
nayaq” adlı tammetrajlı filmin ssenarisini yazmışdır.
1962-ci ildә San Martin teatrında sәhnәlәşdirdiyi
“Baxmaq üçün mahnılar” adlı musiqili tamaşası
uşaqların dәrin sevgisini qazanmışdır. Növbәti il
“Xanım Disparate vә Bambuk” әsәrini sәhnәlәşdirmiş
vә bu әsәr dә balacalar tәrәfindәn eyni dәrәcәdә
sevgi ilә qarşılanmışdır. Müәllifin uşaqlar üçün yazdığı
bir çox әsәr mәhz bu onillik әrzindә işıq üzü
görmüşdür. Bu qәbildәn “Tutu Maramba” (1960), “Dәli
Zoopark” (1964), “Baş-ayaq Krallıq” (1965), “Dailan
Kifki” (1966), “Qulubu Nağılları” (1966), “Sebolyita24
üçün әnәnәvi şeirlәr” (1967) әsәrlәrini qeyd etmәk
olar. Müәllifin uşaq yaradıcılığına habelә “İngilis
şeytan” (1974), “Çauça vә Palito” (1975), “Pokopan”

24 Sebolyita – 1997–98-ci illərdə Argentinada uşaqlar üçün yayımlanan
teleserial (tərc.)

157
   152   153   154   155   156   157   158   159   160