Page 302 - "Hər suala bir cavab" (I cild)
P. 302
Niyә erkәk quşların rәngi
alabәzәk olur?

B unu başa düşmәk üçün әvvәlcә Bizim bu vәziyyәtdә edә bilәcәyimiz
bilmәliyik ki, rәngbәrәng olmaq yeganә şey quşların әksәriyyәti üçün keçәrli
quşların nәyinә gәrәkdir. olan bir neçә qanunauyğunluq tapmaqdır.
Bu maraqlı mәsәlәyә çoxları aydınlıq Bunlardan biri ondan ibarәtdir ki, lәlәklәri
gәtirmәk istәyib, amma elm bu mәsәlәni alabәzәk olan quşlar vaxtının çoxunu
hәlә dә sonadәk aydınlaşdırdığını güman ağacların başında, havada, yaxud suda
keçirir. Rәnglәri boza, qәhvәyiyә çalanlar
etmir. Mәsәlәni bir az da çәtinlәşdirәn isә yerdә, torpağın içindә yaşayır.
bәzi quşların lәlәklәrinin alabәzәk,
digәrlәrinin isә boz-bulanıq olmasıdır. Müәyyәn istisnaları çıxsaq, başqa bir
Bәzilәri ağacların arasında adamın gözünә qanunauyğunluq da var: quşların yuxarı
girir, başqalarını isә zorla görә bilirsәn. hissәlәrindәki lәlәklәr aşağıdakılardan
daha tünd rәngdә olur.

Bu faktlar elm alәmini mәcbur etdi ki,
lәlәklәrin rәnginin quşların öz düşmәnlәrin-
dәn gizlәnә bilmәsindә hәlledici rol
oynadığı barәdә qәnaәtә gәlsin. Buna
“müdafiә rәngi” deyirlәr. Mәsәlәn, cüllütün
rәngi ona inkan verir ki, yaşadığı bataqlığın
otları arasında görünmәz olsun. Meşә
cüllütlәrinin rәngi isә xәzәlә yaman
bәnzәyir.

Əgәr quşları rәnglәri müdafiә edirsә,
bәs onda müdafiәyә әn çox ehtiyacı olan
hansıdır – erkәk, yoxsa dişi? Əlbә ә ki,
dişi quşların müdafiәyә daha çox ehtiyacı
olur, çünki bala çıxarmaq üçün yumurta-
ların üstündә dişi quş oturur. Bunun üçün
dә tәbiәt ona gözәgirәn rәnglәr vermәyib
ki, düşmәnlәrindәn daha yaxşı qorunsun.

Erkәk quşların parlaq rәnglәrdә
olmasının daha bir sәbәbi isә budur ki,
cütlәşmә mövsümündә dişi quşların
diqqәtini cәlb edә bilsinlәr. Mәhz o zaman
erkәk quşların rәngi lap parlaq vә gözәl
olur. Bu isә ilk baxışdan bir könüldәn-
min könülә aşiqliklә nәticәlәnir!
   297   298   299   300   301   302   303   304   305   306   307