Page 297 - "Hər suala bir cavab" (I cild)
P. 297
? 297

Pişik qaranlıqda görә bilirmi?

S izin evinizdә dә bәlkә pişik var.
Ailәnizin bu sevimlisini әllәrinizә
alırsınız, onunla oynayır, әylәnirsi-
niz, onu az qala ailәnin bir üzvü sayırsınız.
Amma pişik yer üzündә әn qәribә mәxluq-
lardan biridir. İnsan tәrәfindәn min illәr
qabaq әhlilәşdiyinә vә onlarla birgә
yaşadığına baxmayaraq, ona qarşı cәmi
bircә addım atmaq bәs edәr ki, әcdadları
kimi yenә cәngәlliyә qayıtsın.
Pişik şirin, pәlәng vә bәbirin yaxın qo-
humudur vә özünü eynәn onlar kimi
aparır. Mәsәlәn, pişik dә öz qurbanının
intizarında sakitcә uzanıb gözlәyir, sonra
qәfildәn onun belinә sıçrayıb, düşmәnini
lap şir kimi öldürür. Pişik üçün ikimetrlik
sıçrayış boş bir şeydir! Onun pәncәlәrindә
yumşaq balışlar var. Bu balışlar heyvana
imkan verir ki, öz qurbanına tamam sәssiz
yaxınlaşsın. Onun pәncәlәrindә isә 18 cay-
naq gizlәnir – istәyәndә, onları çıxarıb
istifadә edir, istәyәndә, geri çәkir.
Bәs pişiyә qaranlıqda görmәk imkanı
verәn nәdir? Onun gözlәri müxtәlif
parlaqlıqda işığa uyğunlaşa bilir. Güclü
işıqda pişiyin bәbәklәri dar çata bәnzәyir.
Qaranlıqda isә açılıb bütün gözünü tutur.
Amma bu o demәk deyil ki, pişik tam
qaranlıqda görә bilir. Sadәcә olaraq, ona
görmәk üçün başqa heyvanlara lazım olan-
dan daha az işıq gәrәkdir. Pişiyin gözlәri
qabarıqdır. Bu da ona daha geniş sahәnin
işıq şüalarını toplamaq imkanı verir. Onun
gözlәri bütün bu şüaları özündә әks
etdirәndә, adama elә gәlir ki, pişiyin gözü
işıq saçır.
Pişiklәr 13-20 il yaşayırlar, amma
ömürlәrinin orta uzunluğu 14 ildir.
   292   293   294   295   296   297   298   299   300   301   302