Page 163 - Peşəkar aktyorluq dərsləri
P. 163
lmәlidir! İki bacarıq: düymәyә gülmәk vә Yaponiyanın Peşəkar aktyorluq dərsləri
başladığı müharibәyә pıqqıldamaqdan yaxa qurtarmaq!
Bu, aktyor üçün çox vacibdir!

Tәsirlilik

Sәhnәdә hәr şey tәsirli olmalıdır. Hәtta әn adi pyesdә 163
belә, aktyorların oyunu tәsir doğurmalıdır. Aktyor tәsir-
lilik hissini heç vaxt yaddan çıxarmamalıdır. Sizin in-
stinktiv hissinizә – tәsirliliyә ona görә müraciәt edirәm
ki, bu hiss hәr birinizә çox doğmadır vә ilk növbәdә,
yaxşı tәcrübә mәktәbi yaradır. Hәr birimiz yalnız özünә-
xas, fәrdi tәrzdә tәsirli ola bilәrik. Әgәr fәrdiliyimizә
uyğun tәsirlilik tapa bilsәk, onda bu cәhәt oyunumuza
sirayәt edib fәrdi yaradıcılıq mәktәbinin әsasını qoyacaq.

Tәsirliliyin digәr sәmәrәsi ondan ibarәtdir ki, tama-
şaçı daim bizi dәstәklәyәcәk, aktyorun ürәklә oynadığını,
daxili alәmini qabarıq nümayiş etdirdiyini görüb ifanı
yüksәk qiymәtlәndirәcәk. Tәsir göstәrmәk bacarığını in-
kişaf etdirmәk üçün digәr sәbәb dә var. Mәsәlәn, mәn
sәhnәdә başımı çevirib mәnalı baxışlarımı sola zillәyi-
rәm, tamaşa salonunun әn arxa cәrgәsindә oturmuş adam
bu baxışları yaxından görmәsә dә, tәsәvvüründә baxışla-
rın kimә vә necә tuşlandığını canlandıracaq, yәni bu
baxışlar ona tәsir göstәrәcәk. Aktyorun ani baxışları, mi-
mikası, sifәtinin ağarması vә ya qızarması – tamaşaçı
bunu yaxından görmәsә dә, tәsirlilik öz sözünü deyәcәk,
oyun tәbii alınacaq, aktyor istәdiyini çatdıra bilәcәk. Ak-
tyora xas olan bu tәsirlilik instinktiv deyil. Mәsәlәn, hey-
vanlar, әn xırda hәşәratlar belә, instinktә uyğun hәrәkәt
edir. Aktyor isә bu instinkti illәrlә inkişaf etdirib cila-
   158   159   160   161   162   163   164   165   166   167   168