Page 124 - Peşəkar aktyorluq dərsləri
P. 124
Mixail Çexov
– Әlbәttә, çevrәnizdәki real insanların obrazlarından,
vәrdiş vә xarakterlәrindәn geniş istifadә edә bilәrsiniz.
Amma fәrdi tәxәyyülün mәhsulundan istifadә etmәk
daha mәqbul sayıla bilәr. Bu halda xeyli sayda yardımçı
fikirlәr gәlәcәk vә sizin seçim imkanınız genişlәnәcәk.
Onları saf-çürük edib birlәşdirmәk vә obrazı formalaş-
dırmaq olar, bura hәmçinin çevrәnizdәki insanların mәnfi
vә müsbәt xarakterlәrindәn dә müәyyәn ştrixlәr qatmaqla
uğur qazana bilәrsiniz.
– Yaxın tanışlarımdan birinin xarakterik cәhәt-
lәrini diqqәtlә öyrәnib, rol üçün istifadә etmәyә
çalışdım. Lakin әvәzindә mәndә hәmin tanışa şәxsi
münasibәtimi bildirәn hisslәrdәn başqa heç nә
yaranmadı. Bu hisslәr, әsasәn, tanışımın xarakterindә
bәyәnmәdiyim xüsusiyyәtlәrdәn ibarәt idi. Amma hiss
edirdim ki, hәmin xüsusiyyәtlәrdәn, onun xarakterin-
dәki mәnfi cizgilәrdәn yararlansam, oynayacağım
rolun xarakteri, psixoloji jesti daha dolğun alına bilәr.
Tәәssüf ki, bu adama şәxsi münasibәtimin tәzahürün-
dәn yaxa qurtara bilmәdim...
– Bu yalnız indicә söhbәt açdığım obyektivliyin
inkişafı ilә bağlıdır. Obyektivlik müәyyәn üsullardan
istifadә sayәsindә yaranır. Siz tanışınıza daha obyektiv
yanaşa bilәrsiniz, digәr tәrәfdәn, konsentrasiyanın gücü
sizә şәxsi hisslәrdәn xilas olmağa kömәk edәcәk. Sonra
124 elә bir an yetişәcәk ki, şәxsi münasibәt sizin üçün o qәdәr
dә böyük әhәmiyyәt kәsb etmәyәcәk, yәni narahatlıq
doğurmayacaq. Siz uzun müddәtdәn sonra baş verәn
transformasiyadan bәhs edirsiniz. Ruhunuza tamamilә
yad olan bir rolu oynayanda pyesdәki obrazın konsepsi-
yasını vә görünüşünü tәsvir etmәlisiniz. Mәsәlәn, “Mu-
lat” adlı pyesin qәhrәmanı mulat olsa da, öz zahiri