Page 126 - Peşəkar aktyorluq dərsləri
P. 126
Mixail Çexov

belә yanlış yanaşma özü faciә ilә nәticәlәnә bilәr.
Yaradıcılıq fәrdiyyәti heç dә “MӘN”dәn ibarәt deyil. Bu,
yaradıcılığın, düşüncә özәlliyinin әn yüksәk zirvәsidir.
Düşünün: Rafaelin әsәrlәrindә gördüyümüz ideyaları
Rembrandtın rәsmlәrindә tapa bilmәrik. Bu, mümkün dә
deyil. Niyә?

Müәllif, aktyor vә rejissor әmәkdaşlığı

– Aktyor pyesә münasibәtdә bu әmәkdaşlığı qoru-
yub saxlayırmı? Әgәr belәdirsә, әmәkdaşlığın hansı
mәrhәlәsi aktyor üçün daha faydalıdır?

– Bernard Şou kimi müәllifin teatr barәdә, ümumiy-
yәtlә, tәsәvvürü yox idi. O, belә düşünürdü ki, dünyada
әvәzolunmaz şәxsiyyәtdir vә onun yaratdığı әdәbi cәrә-
yandan başqa heç bir cәrәyan ola bilmәz. Qәribәdir,
B.Şou rejissorların işini hәmişә çәtinә salırdı, bununla
belә, dahiyanә әsәrlәr yaradırdı. Teatr nöqteyi-nәzәrindәn
o heç dә münasib müәllif deyildi.

B.Şou pyesi bir cür qәbul edirdi, aktyor әsәrә başqa
rakursdan yanaşırdı, rejissor isә tamaşanı tam fәrqli
görürdü. Tәsәvvür edin, bir әsәrә üç fәrqli baxış! Teatr
yaradıcılığında üç tәrs mütәnasib yanaşmanın olması
mümkün deyil. Mәsәlәn, әgәr B.Şou ilә aktyorun tәxәy-
yülü üst-üstә düşürsә, müәllif aktyora minnәtdar olma-
126 lıdır, çünki qәlәmi ilә aktyora nәyi isә dürüst izah edә
bilib.

Aktyorla da oxşar hadisә baş verir. Әgәr aktyorun
hisslәri B.Şou üçün açıqdırsa, aktyor müәllifdәn çox say-
da ilhamverici ideyalar alır, tamaşa isә B.Şou vә aktyorun
interpretasiyalarının cәmindәn ibarәt olur. Bu halda,
tәrәflәrin bir-birini özünә tabe etmәsi düzgün sayılmaz.
   121   122   123   124   125   126   127   128   129   130   131