Page 120 - Peşəkar aktyorluq dərsləri
P. 120
Mixail Çexov

Transformasiya edilmiş hisslәr

İlk görüşümüzdә bu barәdә danışmışdım, indi isә
kiçik bir xatırlatma vermәk istәyirәm. Düşünә bilәrik ki,
sәhnәdә nәsә hiss edәndә bu duyğular bilavasitә bizә aid-
dir vә kimsә kәnardan onu bizә aşılamır. Amma әslindә,
belә deyil. Әlbәttә, hisslәrin kömәyi ilә oynayırıq, amma
onların iki müxtәlif sahәsi mövcuddur. Birinci sahә:
“atanın ölümü” ilә әlaqәdar yaranan hisslәrdir ki, bu
barәdә әtraflı danışmışdıq. Atanız yenicә dünyasını
dәyişib vә bu itki qәlbinizdә acı hisslәr doğurur. Lakin
bu, fәrdi duyğulardır, kәdәr hissi hәlә tәzәdir vә siz onu
sәhnәdә oynaya bilmәyәcәksiniz. Bәlkә dә, bu kәdәrli
hisslәrdәn sәhnәdә müәyyәn mәnada yararlanmaq olar,
amma cәhd etmәyin, әvvәla, alınmayacaq vә çox bәsit
görünәcәksiniz.

Hisslәrә aid olan ikinci sahә dә mövcuddur: onlar
hәyatımızın müәyyәn şüuraltı sahәsindәn, özü dә tam
transformasiya olunmuş şәkildә gәlir. Şüuraltı siqnallar
vasitәsi ilә hisslәri dәrk edir, çatdırırıq. Әgәr atanın vәfatı
ilә әlaqәdar tәzәcә yaranmış kәdәr hissini sәhnәyә daşı-
yıb oynamağa çalışsaq, bu, fiziologiya, xüsusәn dә әsәb
sistemi üçün çox tәhlükәli ola bilәr.

Lakin mürәkkәb proseslәrdәn keçib gәlәn transfor-
masiya edilmiş hisslәrә müraciәt etsәk, fiziologiyamız
ziyan görmәyәcәk. Çünki bu hisslәr qәlbimizdә yaşayır
120 vә mahiyyәtimizi büruzә vermәk üçün vasitәdir. Yaxşı
oynadığımızı dәrk edәndә ifadan, sözün әsl mәnasında,
zövq alırıq. Özünüzdәn soruşa bilәrsiniz: bu hisslәr necә
gәldi, haradan yarandı? Axı әvvәllәr bu duyğuları
yaşamamışam.

Mühitә reaksiya göstәrmәk, yәni qarşılıq vermәk
mühüm şәrtdir. Bir fәrd kimi deyә bilәrik ki, “mәnim bu
   115   116   117   118   119   120   121   122   123   124   125