Page 117 - Peşəkar aktyorluq dərsləri
P. 117
min mühiti mәhz real hәyatda vә ya әsәrdә baş verәn Peşəkar aktyorluq dərsləri
hadisәlәrin içindә axtarmalıyıq.
117
İndi tәsәvvürdә ixlaskarlıq mühiti dolaşan kafedral
kilsәni canlandırın. Daxilimdә aqressivlik, yaxud ixlas-
karlıq xarakterinin yaranması mәnim şәxsi işimdir. Lakin
pyesdә rol aldığım üçün rejissor ixlaskarlıq mühiti yarat-
mağı tәlәb edir vә mәn bu mühiti tәsәvvürdә canlandır-
mağa borcluyam. Hәtta mәn aqressiv xarakterә malik
şәxs olsam da, bunu bir kәnara qoyub ixlaskarlıq mühiti
yaratmağa çalışmalıyam, әks tәqdirdә, tamaşada oyna-
mağın mәnası yoxdur.

– Aktyor hәr adi rol üçün mühit yaratmağa borc-
ludurmu?

– Tutaq ki, biz pyesdәn irәli gәlәn ixlaskarlıq mühiti
yaratmağı qәrara almışıq. Әvvәl çevrәmizdәki bu mühiti
tәsәvvürdә canlandırıb, sonra ona uyğun oynamağa
başlamalıyıq. Bu tәqdirdә hisslәr riqqәtә gәlir, nәticәdә,
siz rolun çәrçivәsindәn çıxıb zirvәyә doğru addım
atırsınız. Başqa sözlәrlә desәk, mühitә qarşılıq verirsiniz
vә müәllifin bu pyeslә nә demәk istәdiyini, hansı hisslәri
aşılamağa çalışdığını tam anlayırsınız. Sәhnәnin, aktın,
ümumiyyәtlә, bütün pyesin mühitindә çoxsaylı xarakter-
lәr qovuşur. Aqressiv xarakterli insan olsanız da, ixlas-
karlıq mühitinә uyğunlaşmalı, әn azı, bu mühitә rәğbәt
bәslәmәli, onunla, necә deyәrlәr, barışmalısınız. Әks tәq-
dirdә tamaşanın tәrzinә uyğunlaşmayıb yad adam tәәs-
süratı oyadacaqsınız.

– Tutaq ki, mәnә tapşırılmış personajın aqressiv
xarakteri var. Amma rejissor mәnә deyir ki, burada
ixlaskarlıq mühiti olmalıdır. Rolu necә oynayım?

– Personaj baş verәnlәrә necә münasibәt bәslәyirsә,
mәn dә hәmin münasibәti nümayiş etdirmәliyәm. Amma
   112   113   114   115   116   117   118   119   120   121   122