Page 72 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 72
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

İndi bir özgә sayaq ilә ötürsәn bizdәn,
Biz mәgәr kim, sәnә, ey gül, belә biganә idik?
Ol büti-Leylivәşin aşiqi-Mәcnunu olub,
Şöhrәti-eşq ilә Seyyid kimi әfsanә idik.

***
Әmәrәm lәblәrini ta nәfәsim var mәnim,
72 Tutiyәm şәkkәrә, ey gül, hәvәsim var mәnim.
Bәnd-bәndim kәsәlәr eylәmәrәm tәrki-fәğan,
Qoy nәva ney tәk edim ta nәfәsim var mәnim.
Mürği-baği-mәlәkutәm qәfәsi-çәrxә әsir,
Bu әcәb tәng olan gör qәfәsim var mәnim.
Bikәsәm alәm ara, dәrdü qәmindәn özgә,
Nә hәvadarü, nә yavәrü, nә kәsim var mәnim.
Etmişәm gәrçi bu dәm alәmi-nasutü vәtәn,
Ey könül, böylә deyil, pişü pәsim var mәnim.
Karvan getdi, könül, qafil edirsәn nalә,
Dәmbәdәm nalәvü bangi-cәrәsim var mәnim.
Mövti-cismani ilә sanma mәnim ölmәyimi,
Seyyida, ölmәrәm, alәmdә sәsim var mәnim.
   67   68   69   70   71   72   73   74   75   76   77