Page 67 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 67
Õóðøèäáàíó Íàòÿâàí

Driğa kim, vәfasızdır bu gülşәn,
Gedәr bu tәlәti-ziba, qәrәnfil!

Üzündәn pәrdeyi-nazın kәnar et!
Unutma aşiqi, haşa, qәrәnfil!

*** 67

Olmuşam dәhri-bәla içrә bu gün divanә mәn,
Varmadım meyxanәyә, sındırmadım peymanә mәn.

Әhdlәrdәn keçmәdim, peymanlәr sındırmadım,
Lacәrәm bimehrlә tәk, olmuşam әfsanә mәn.

Tәrki-gülzar etmişәm, bülbül kimi mәn, ey rәqib,
Aqibәt bir guşә içrә gәlmişәm әfqanә mәn.

Eşq rüxsarında bir dәm vәslilә şad olmadım,
Hәr tәrәf seyr eylәdim, düşdüm әcәb hicranә mәn.

Qәm yükün çәkmәkdәn, ey dil, bir dәm azad olmadım,
Hәrçi cәhd etdim, nә hasil, yetmәdim cananә mәn.

Duş gördüm kim, gәlibsәn külbeyi-ehzanıma,
Ol zaman nәzr eylәdim canü dilim qurbanә mәn.

Görmәyim düşvardır, vallah, sәni, bil, ey rәqib,
Zülfә bağlı qoy gedim, axır düşüm zindanә mәn.

Dövrü dönmüş dövr dövran etmәdi kamımca, ah!
Düşmәnimdir, bilmәzәm kim netmişәm dövranә mәn.

Varü yoxumdan qalan, ancaq mәnim bir can idi,
Natәvan, daxi dedim: sәrf eylәyim mehmanә mәn.
   62   63   64   65   66   67   68   69   70   71   72