Page 68 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 68
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

***

Şuri-eşqin başıma axırı sövda gәtirir,
Bu müşәxxәsdi ki, eşq aşiqә qovğa gәtirir.

Tari-zülfündü mәni böylә giriftar elәyib,
Nә gәlә başıma, ol zülfi-mütәrra gәtirir.

Gül üzün görmәk әgәr mümkün olaydı bir dәm,
Hәr zaman görmәk onu nuri-mücәlla gәtirir.

Qaşü göz, novki-müjә fitnә üçün cәm olmuş,
Ox atıb, tiğ çәkib, hәr biri dәva gәtirir.

68

Könlümü qarәt edir öylә ki, tari-zülfün,
Rumә, sanki hәbәşi lәşgәri-yәğma gәtirir.

Naqәnin varmı şüuru bula aşıq guyin,
Onu Mәcnunә tәrәf cәzbeyi-Leyla gәtirir.

Yusifin sanma, dübarә görә Yәqub üzünü,
Mehr bazarına gәr getsә, Züleyxa gәtirir.

Yusifi Misirdә gәr aldı Züleyxa nәqdә,
Nәqdi-can, aşiq olan, әldә mühәyya gәtirir.

Sidqi-qәlb ilә nisar etmiş idin can nәqdin,
Natәvan, müjdә bu gün, qәtlinә fәrma gәtirir.
   63   64   65   66   67   68   69   70   71   72   73