Page 70 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 70
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Seyid Әzim Şirvani
(1835-1888)

70

XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan
şairi və maarifçisi. Әvvəl İraqda, daha sonra
Suriyanın Şam şəhərində ali ruhani məktəbində
təhsil alıb. Eyni zamanda dünyəvi elmlərə
maraq göstərib. 1869-cu ildə Şamaxıda yeni
üsul üzrə məktəb açıb və ömrünün sonunadək
orada müəllimlik edib. Azərbaycan və fars
dillərində ərsəyə gətirdiyi zəngin ədəbi irsi iki
böyük külliyyatda cəmlənir. Azərbaycan dilində
qələmə alınmış əsərlərinin əsasını qəzəllər təşkil
edir. İctimai mahiyyət daşıyan satiraları şairin
yaradıcılığında müstəsna yer tutur.
   65   66   67   68   69   70   71   72   73   74   75