Page 74 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 74
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Bu cәfadidә dil, ol kakili-mişkinә fәda,
Gözlәrin sәdәqәsi bu cismi-fikarım, bәri bax.
Can nisar etmәyә amadәdi Seyyid, gözәli,
Gәr desәn lütfilә: ey aşiqi-zarım, bәri bax!

***
74 Xәlqin imanını gәr mәkrilә şeytan aparır,

O pәriçöhrә nәdәndir ki, bәs iman aparır?
Ey kaman qaşlı, mәni yarәlәdi qәmzәn oxu,
Zülfünü bas yarama, qoyma, mәni qan aparır.
Dil çәkәr canı sәri-kuyinә zibh etmәk üçün,
Sanki hücac Mina dağına qurban aparır.
Zahid ol zülfidә rüxsarını gördükdә dedi,
Bu o hindübeçәdir, mәktәbә Quran aparır.
Geymәyә kimsә ki, meydani-mәhәbbәtdә kәfәn,
Onu mәşuqi-әzәl mәşәrә üryan aparır.
Çәkmәyin Seyyidi-lamәzhәbi meyxanә sarı,
Kafәri-kәbә ora hansı müsәlman aparır.
   69   70   71   72   73   74   75   76   77   78   79