Page 78 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 78
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Bir işә min hümmәtimiz var bizim!
Bax, neçә cәmiyyәtimiz var bizim!
Bunda gözәl niyyәtimiz var bizim;
Ay barakallah, bu gözәl niyyәtә!
Kim nә deyәr bizdә olan qeyrәtә?!
Hansı mәkatib ki, onu açmadıq?
Hansı sәnayә ki, para saçmadıq?
Verdiyimiz sözdәn uzaq qaçmadıq;
İşlәrimiz mindi bütün surәtә!..
78 Kim nә deyәr bizdә olan qeyrәtә?!
Bax, necә darülәcәzә, dari-elm!
Bir neçә mәktәb, neçә asari-elm!
Bizlәrik, әlbәttә, xәridari-elm!
Çatmışıq ondandı belә hörmәtә!..
Kim nә deyәr bizdә olan qeyrәtә?!
Bizdә nә fәhlә tapılar, nә gәda,
Bizdә nә sail vә nә bir binәva,
Bәxtәvәr övladımıza mәrhәba!
Baş aparıb hәr biri bir sәnәtә!..
Kim nә deyәr bizdә olan qeyrәtә?!
Etmişik ifa atalıq mehrini,
Çәkmişik övladımızın fikrini,
Ömrümüz olsa görәrik bәhrini,
Onda ki, onlar uyacaq sirqәtә,
Hәbsdә mәşğul olacaq işrәtә,
Fәxr edәrik biz dә bütün millәtә!
Kim nә deyәr bizdә olan qeyrәtә?!
Ay barakallah, bu gözәl niyyәtә!..
Bir işә min hümmәtimiz var bizim!
Bax, neçә cәmiyyәtimiz var bizim!
Bunda gözәl niyyәtimiz var bizim;
Ay barakallah, bu gözәl niyyәtә!
Kim nә deyәr bizdә olan qeyrәtә?!
Hansı mәkatib ki, onu açmadıq?
Hansı sәnayә ki, para saçmadıq?
Verdiyimiz sözdәn uzaq qaçmadıq;
İşlәrimiz mindi bütün surәtә!..
78 Kim nә deyәr bizdә olan qeyrәtә?!
Bax, necә darülәcәzә, dari-elm!
Bir neçә mәktәb, neçә asari-elm!
Bizlәrik, әlbәttә, xәridari-elm!
Çatmışıq ondandı belә hörmәtә!..
Kim nә deyәr bizdә olan qeyrәtә?!
Bizdә nә fәhlә tapılar, nә gәda,
Bizdә nә sail vә nә bir binәva,
Bәxtәvәr övladımıza mәrhәba!
Baş aparıb hәr biri bir sәnәtә!..
Kim nә deyәr bizdә olan qeyrәtә?!
Etmişik ifa atalıq mehrini,
Çәkmişik övladımızın fikrini,
Ömrümüz olsa görәrik bәhrini,
Onda ki, onlar uyacaq sirqәtә,
Hәbsdә mәşğul olacaq işrәtә,
Fәxr edәrik biz dә bütün millәtә!
Kim nә deyәr bizdә olan qeyrәtә?!
Ay barakallah, bu gözәl niyyәtә!..