Page 76 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 76
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

***

Daş qәlbli insanları neylәrdin, ilahi?!
Bizdә bu soyuq qanları neylәrdin, ilahi?!

Artdıqca hәyasızlıq olur el mütәhәmmil,
Hәr zülmә dözәn canları neylәrdin, ilahi?!

Bir dövrdә kim, sidqü sәfa qalmayacaqmış –
Bilmәm belә dövranları neylәrdin, ilahi?!

Mәzlumların göz yaşı dәrya olacaqmış –
76 Dәryaları, ümmanları neylәrdin, ilahi?!

Sәyyadi-cәfakardә rәhm olmayacaqmış –
Ahuları, ceyranları neylәrdin, ilahi?!

Bağın, әkinin xeyrini bәylәr görәcәkmiş –
Töxm әkmәyә dehqanları neylәrdin, ilahi?!

İş rәncbәrin, güc öküzün, yer özününkü, –
Bәyzadәlәri, xanları neylәrdin, ilahi?!

Hökm eylәyәcәkmiş bütün alәmdә cәhalәt –
Dildadeyi-irfanları neylәrdin, ilahi?!

Surtuqlu müsәlmanları tәkfirә qoyan bu,
Döşdüklü müsәlmanları neylәrdin, ilahi?!

Yaxud buların bunca nüfuzu olacaqmış –
Beş-üç bu süxәndanları neylәrdin, ilahi?!

Qeyrәtli danosbazlarımız iş bacarırkәn –
Tәnbәl, dәli şeytanları neylәrdin, ilahi?!

Әrlәr hәrә bir qız kimi oğlan sevәcәkmiş –
Evlәrdәki nisvanları neylәrdin, ilahi?!
   71   72   73   74   75   76   77   78   79   80   81