Page 82 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 82
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Vәtәn

Könlümün sevgili mәhbubi mәnim,
Vәtәnimdir, vәtәnimdir, vәtәnim.
Vәtәnim verdi mәnә nanü-nәmәk,
Vәtәni, mәncә, unutmaq nә demәk?
Anadır hәr kişiyә öz vәtәni,
Bәslәyib sinәsi üstündә onu.
Südüdür kim, dolanıb qanım olub,
82 O mәnim sevgili cananım olub.
Saxlaram gözlәrim üstә onu mәn,
Ölәrәm әldәn әgәr getsә vәtәn.
Vәtәnin nemәti nisyan olmaz,
Naxәlәflәr ona qurban olamaz.
Vәtәn әcdadımızın mәdfәnidir,
Vәtәn övladımızın mәskәnidir.
Vәtәnin sevmәyәn insan olmaz,
Olsa ol şәxsdә vicdan olmaz.

Student

Studentik, mey içib mәst olarıq,
Hәr gecә bir qıza pabәst olarıq,
Başımız vodka ilә dolduqda,
Çıxarıq sәhnәyә artist olarıq.

Yoxdur heç mәslәkimiz, mәzhәbimiz,
Belә tiplәr yetirir mәktәbimiz,
Fikrimiz zövqü sәfa sürmәkdir,
Yaşamaqdan tәk odur mәtlәbimiz.
   77   78   79   80   81   82   83   84   85   86   87