Page 85 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 85
Àááàñ Ñÿùùÿò

Ana vә oğul 85

Hәr sabah gün ki, saçar alәmә nur,
Danәdәn ötrü uçar cümlә tüyur,
Quşlar ol dadlı civiltilә oxur.
Aç gözün uyqudan, ey tifli-qәyur.
Yatma bu payәdә rahәt, a çocuq!
Etmә tәnbәlliyi adәt, a çocuq!

Gün çıxıb dağü daşa nur sәpәr,
Hamı dünyada çalışmağı sevәr,
Hәrә bir sәmtә gedәr әhli-hünәr.
Ana övladına şәfqәtlә deyәr:
Yatma bu payәdә rahәt, a çocuq!
Etmә tәnbәlliyi adәt, a çocuq!

Yanaşar bәstәri-әtfala ana,
Uyqudan yavrusu istәr oyana,
Әyilәr ta üzü-üzә dayana,
Çox yavaşca söylәyәr onda ona:
Yatma bu payәdә rahәt, a çocuq!
Etmә tәnbәlliyi adәt, a çocuq!

O gözәl, sevmәli, ol nurlu bәbәk,
Uyqusundan oyanar әsnәyәrәk,
Didә mәxmur, özü misli-mәlәk,
Madәri onda edәr böylә dilәk:
Yatma bu payәdә rahәt, a çocuq!
Etmә tәnbәlliyi adәt, a çocuq!

Ayıl, oğlum, bu qәdәr eylәmә xab,
Dur götür qoltuğuna indi kitab,
Mәktәbin vaxtı keçir, eylә şitab,
Cәhd elә elm oxu hәngami-şәbab,
Yatma bu payәdә rahәt, a çocuq!
Etmә tәnbәlliyi adәt, a çocuq!
   80   81   82   83   84   85   86   87   88   89   90