Page 89 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 89
Mÿhÿmmÿd Hadi
Kimi hürri-әmir olsun, kimi әbdi-әsir olsun – 89
Bunu cayiz görәr zәnn eylәmәm divani-hürriyyәt.
Ucaldıb rayәti-әdli, de ayati-müsavati,
Elә eyvani-zülmü xak ilә yeksan, hürriyyәt!
Bizә sәndәn yetәr imdad, sәnsәn rәhbәri-irşad,
Sәnә hәr dәmdә vacibdir qılaq şükran, hürriyyәt.
Bü rahi-pürxәtәrdә ey bәsa әhrari-qәmpәrvәr –
Edib ibrazi-qeyrәtlә özün qurbani-hürriyyәt.
Hәqiqәt hürr olanlar sәy edәr nәfi-rәayayә,
Keçib әn sevgili candan verәrlәr can, hürriyyәt.
Mәktәb şәrqisi
Mәktәb nә demәk? Şәmi-şәbistani-cәhalәt.
Mәktәb nә demәk? Gülşәni-ürfan, kәmalәt,
Mәktәb nә demәk? Ümmәtә bir babi-inayәt,
Eylәr qәlәmim sizlәrә hәqqilә vәsayәt:
Darülәdәbin bilmәliyiz qәdrini, millәt,
Göstәrmәli ikmalına olduqca hәmiyyәt.
Mәktәb nә demәk? Rәhbәri-övladi-vәtәndir.
İrşadına mәzhәr bulunan әhli-fәtәndir,
Mәktәb düri-adabü kәmalәtә әdәndir,
Atidәki söz bizlәr üçün zibi-dәhәndir: