Page 91 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 91
Ñÿìÿä Ìÿíñóð

Sәmәd Mәnsur (Kazımov)
(1879-1927)

91

Şair, dramaturq. Klassik Azərbaycan poeziyasının
qızıl fonduna daxil olmuş “Həpsi rəngdir”, “Naz et”,
“Sən mənim olsan” kimi şeirlərin, “Maarif”, “Cinayət”,
“Dərviş”, “Mükafat”, “Aktyor” kimi pyeslərin müəllifi-
dir. Bakının rus-müsəlman məktəbində təhsil alıb. Rus,
ərəb, fars dillərini mükəmməl mənimsəyib. Әsasən satirik
şeirlər, lirik qəzəllər yazıb. 1905-ci ildən etibarən müntə-
zəm olaraq şeir, məqalə və felyetonlarıyla “Bəsirət”,
“İqbal”, “Tuti”, “Səfa”, “Molla Nəsrəddin” kimi mətbu
orqanlarında çıxış edib. Sağlığında və sovet rejimi illə-
rində heç bir kitabı işıq üzü görməyib. Lirik və satirik şeir-
lərinin toplandığı ilk kitabı, yalnız 1993-cü ildə, “Seçilmiş
əsərləri” 2006-cı ildə nəşr olunub. 1907-1917-ci illərdə
Bakıda "Səfa" Mədəni-Maarif Cəmiyyətinin məktəbində
müəllim, 1918-ci ildə "Şeypur" jurnalının naşiri və baş
redaktoru, ömrünün son illəri Xalq Komissarları Sove-
tində idarə müdiri vəzifələrində çalışıb.
   86   87   88   89   90   91   92   93   94   95   96