Page 92 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 92
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Hәpsi rәngdir

Uyma, ey dil, xәlqdә yoxdur sәdaqәt, rәngdir.
Mәscidü meyxanә rәng, eyşü ibadәt rәngdir,
Mey riya, mәşuqә qәşş, hüsnü vәcahәt rәngdir,
Rәngdir hәr dürlü matәm, hәr mәsәrrәt rәngdir.
Anla, ey әbnayi-xilqәt, cümlә xilqәt rәngdir.

Görmәdim bir zәrri-xalis buteyi-nasutidә,
Mәnәvi min lәkә gördüm lәldә, yaqutidә,
Biqәrәz insan olur görmәk fәqәt tabutidә,
Bilmәzәm varmı sәdaqәt alәmi-lahutidә ,
92 Azma, fikrim, cümlә ecazü kәramәt rәngdir.

Hәr kәsin Cibrili kәndi qәlbidir, vicdanıdır,
Var isә insafı şәxsin, dinidir, imanıdır,
Bәdnihad insanların öz nәfsi, öz şeytanıdır,
Lövhi-qәlbi arifin ayatıdır, Quranıdır,
Mabәqi övhamdır, şәrü tәriqәt rәngdir.

Bir zaman vardı ki, mәn hәmfikr idim zöhhad ilә,
Sonra gördüm fәrqi yoxmuş zahidin cәllad ilә,
Dedim: әyyaş olmalı, ta gün keçә mötad ilә,
Cümlә eyşü nuşi gördüm müxtәlif fәryad ilә,
Anladım ki, zöhdü tәqva, eyşü işrәt rәngdir.

Qıl tәsәvvür bir daha şairlәrin xülyasını,
Aşiqi-zarın başında seyr qıl sövdasını,
Qәbri aç, göstәr ona Şirinini, Leylasını,
Bir ayılsın da, düşünsün gördüyü röyasını,
"Bax", deyir "hәqqi bütün eşqü mәhәbbәt rәngdir".

Tapmadım alәmdә bir hәmdәm ki, olsun biriya,
Görmәdim heç kәsdә bir niyyәt qәrәzdәn maәda,
Küllәn әbnayi-bәşәr öz nәfsinә olmuş fәda,
Nәfsi uğrunda görürsә hәr bәla, hәr macәra,
"Mәslәk"ә isnad edәr, mәslәk, dәyanәt rәngdir.
   87   88   89   90   91   92   93   94   95   96   97