Page 538 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 538
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

bәlkә, gedim, o mәnәbәnzәr insanı
axtarım tapım,
bir әsgәr kimi bel kәmәrinin toqqasını
silib parıldadım,
onun qabağına çıxım?
Ağ ev, Qızıl meydan sözlәrindәki
rәnglәrә olan qәdim inamlara,
bәlkә dә, yalanlara,
mәndә bir inam qalmayıb,
zaman bizә verdiyi
538 maaşları azaldıb,
bilirәm, mәnәbәnzәr o insan
gәlib buralarda mәni axtarıb…
ancaq tapmayıb…
burdakı yazı mizlәrinin üstünә
fahişәlәrin telefon nömrәlәri yazılıb,
kim gәlib, bildiyi başqa nömrәlәri dә
ora artırıb,
mizlәrin üstündә boş yer qalmayıb!
bütün bunlar mәnim varlığımı sarsıdır,
ey mәnәbәnzәr insan, indi, bu gün
bizim görüşümüzün vaxtıdır!!!

Kor әrәbin nәğmәsi

Ciblәrimiz pul üçün deyil,
әllәrimiz üçündü...
Gör bir nәyi unutmuşuq...
Nişan üzüklәrinin tәkәrlәri üstә
insan sevgilәri hara gedir, hara?
Ümid qalıb Allaha,
“baş” adlandırdığımız
bәdәn çardağında
alәm bir-birinә dәyib...
   533   534   535   536   537   538   539   540   541   542   543