Page 537 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 537
lalәddin, bu işi görәn külәk Hÿmid Heris÷i
qәm tәrәzisinin çәki daşlarını da
yerindәn tәrpәdәcәk. 537
Hәr nә var idi,
o sәnә yar idi,
qapı da divar idi,
Xaneyi-hikmәtә
Şәmsin nuru gәlmәyincә….
Cәlalәddin, mәn sevgilimi yox,
sevgini sevirәm,
siz gedirsiz, mәn yol gedirәm,
Pәncәrәlәri eynәktәk taxmış evlәrdә
cahanın kor olduğunu sezirәm….
Mәn,
Mәn,
Mәn…

Ey mәnә bәnzәr insan

Bu alәm ağı qaranı özündә birlәşdirәn
qorxunc ağcaqayın idi,
bu çoxdan aydın idi,
göydәki ulduzları quru meyvә kimi
suya salmaq lazım idi,
bu çoxdan aydın idi…
Ey mәnәbәnzәr insan, sәn hardasan?
hardasa yaxındasan
pәrdәnin arxasındasan,

ürәyin darıxır,
әlindә kibrit qutusunu
oynatmaqdasan…
bu ucuz şorbaların buğundan tәrlәmiş
güzgülәrin üstündә
mәn barmağımla hansı sevgimin adını yazım?
bilmirәm ölüm,
yoxsa qalım.
   532   533   534   535   536   537   538   539   540   541   542