Page 536 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 536
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Şәms Tәbrizinin şeiri

Ağlamağa gәlincә…
Ağlamağa gәlincә…
birinci hәmişә insan ağlayır,
sonra yağışlar, bulaqlar...
ağlamağa gәlincә,
birinci hәmişә insan ağlayır,
sonra bütün yerdә qalanlar...
Sonra, ancaq sonra
bütün yağışlar
İldırım xәtkeşiylә
536 göylәrin ölçüsünü hesablayar…
yediyimiz çörәklәr necә dә dadsızdı…
onların dadını ancaq
zindana göndәrilәn çörәklәrin içindәki
gizli mәktublar artırar….
orda şikәstә xәttiylә
mәnim hikmәtlәrim yazılar…
göy üzü dә yer üzüdü,
ancaq orda torpaq yoxdu,
bu cahanda nә varsa
o hәm var, hәm dә yoxdu…
bütün sevgilәr bitir,
ancaq sevgilәrin sonunda
nöqtә yoxdu,
uşaqlar ağlarsa, ağlasın
onların gözündә su var,
göz yaşı hәlә ki yoxdu….
Ölüm bizim sözlәri tәlәffüz etsә,
onların tәrkibindәn
bir sait, samit sәs düşәcәk,

İnsan da bax belә ölәcәk,
fәqәt uşaqların göyә buraxdığı çәrpәlәng
öz ipini qırmasa,
gerçәk çәrpәlәng ola bilmәyәcәk…
   531   532   533   534   535   536   537   538   539   540   541