Page 531 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 531
Akif ßhmÿdgil

Mәğlubiyyәt sevinci 531

Uğur dilәmәyә dәyәrmi sәnә?
Atmısan daşını uğursuzluğun.
Gündәlik qazancın – ucuz qәlәbә.
Yolunu gözlәyәn o boynubükük
“Ura”lar, “tәbrik”lәr düşüb qәlibә.

Daha ar bilirsәn sәhv elәmәyi,
Xırda sevinclәrә könül verәn kәs.
Axı, nә bilәsәn, hardan bilәsәn
Bәzәn hәyan olur mәğlubiyyәtin
Nә vaxtsa verdiyi әn acı bir dәrs.

Vurmusan tәrkini axtarışların,
Çünki nә vecinә – hәr şey bәllidir.
Çırpınmaq istәyin qıc olubdur, qıc!
Vәrdiş elәdiyin cılız qәlәbә
Başının altına qoyulan balınc.

Qәti bir döyüşә yollanmalısan
Sıyrılıb nә vaxtsa bәd şübhәlәrdәn.
Bәlkә, qazandığın bir mәğlubiyyәt
Uğurlu olacaq, ağır gәlәcәk
Hәr gün uğradığın qәlәbәlәrdәn.
   526   527   528   529   530   531   532   533   534   535   536