Page 532 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 532
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Sağ qolu kәsik nağıl Hәsәn

Sağ qolunun qara kağızı
Sol qolunun adına gәlib;
Son nәfәsdә dadına gәlib,
Kimsә bağlayıb yarasını,

Od Babәkimin tәkrar edib
İgidliyinin yarısını,
Sağ qolu kәsik Nağıl Hәsәn.

532 Qarısı gözünә inanmaz,
Sanar ki, gördüyü yuxudur.

Heç axar suya da danışmaz,
Bu qolsuz yuxu bir qorxudur.
Nağıla dönәn qolunun da
Eh!.. “Biri vardır, biri yoxdur”.
Sağ qolu kәsik Nağıl Hәsәn...

Bir Qırat gәtir

A dilbilmәz, bu nә qәm?
Dәlilәrә bir hәmdәm –
Durna teli demirәm –
Bir Qırat gәtir.

Göz yoldadır nә vaxtdır.
Ay xanıma gül olan,
Dәyirmançı Kaloğlan,
Bir Qırat gәtir.
   527   528   529   530   531   532   533   534   535   536   537